COP29

"Neftçi" Nigeriya yığmasının vingeri ilə uzunmüddətli müqavilə imzalayır

30 Aprel 19:40 Neftçi 3 471
"Neftçi" Nigeriya yığmasının vingeri ilə uzunmüddətli müqavilə imzalayır

"Neftçi" bugünlərdə düşərgəsinə cəlb etdiyi Amoo Akinkunmini ilə bağlı qərar verib.

Bakılılar Nigeriyanın U-17 millisində forma geyinmiş yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə (3-4 illik) imzalayacaq.

Son olaraq Kiprdə "Omoniya"nın şərəfini qorumuş 22 yaşlı sağ vingerlə 4 illik kontrakt bağlanacaq.

Daha əvvəl İsveçdə "Hammarbü"nün, Danimarkada "Kopenhagen"ın uğurları üçün tər tökmüş afrikalı hazırda azad agent statusu daşıyır.

İki həftədən artıqdır Bakıda olan Amoo bura Yens Anderson vasitəsilə gəlib. Ötən ilin sentyabrından idman direktoru vəzifəsini tutan isveçli funksioner onu şəxsi əlaqələri hesabına "Neftçi"nin sıralarına qatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti