COP29

Bu xəbər yalnız “Neftçi”dəkilərin üzlərini güldürür

28 Aprel 15:15 Neftçi 562
Bu xəbər yalnız “Neftçi”dəkilərin üzlərini güldürür

Premyer Liqanın ən səs-küylü qarşılaşması “Neftçi Arena”da baş tutacaq.

Gümüş medalları qazanmağa iddialı “Neftçi” avrokuboklara vəsiqəni hədəfləyən “Turan Tovuz”u qəbul edəcək.

Son oyunlara ciddi itkilərlə çıxan bölgə təmsilçisi bu dəfə də vacib oyunçuların xidmətindən məhrumdur.

Əsas heyətdə görməyə alışdığımız Denis Marandiçi ilə Ayxan Hüseynov sarı vərəqə limitini doldurduqları üçün kənarda qalacaqlar.

Rojerik Miller, Fərid Yusifli, Veysəl Rzayev və Eltun Turabov – xeyli müddətdir zədədən əziyyət çəkən futbolçular hələ də meydana çıxmağa hazır deyil.

Bu qədər itkinin fonunda qonaqların baş məşqçisi Ayxan Abbasovun hansı rotasiyalara əl atacağı maraq doğurur.

Aprelin 28-də keçiriləcək “Neftçi” – “Turan Tovuz” qarşılaşması saat 17:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti