COP29

"Neftçi" bir transferi bitirdi, digəri üçün hərəkətə keçdi

28 Aprel 21:15 Neftçi 4 560
"Neftçi" bir transferi bitirdi, digəri üçün hərəkətə keçdi

"Neftçi"nin "Qəbələ"nin yarımmüdafiəçisi Emil Səfərovla anlaşdığını aylar əvvəl məlumat vermişdik.

Orta sahə oyunçusu yeni mövsümü "ağ qaralar"da başlayacaq.

Amma paytaxt təmsilçisi Səfərovla kifayətlənmək fikrində deyil.

Belə ki, "Neftçi" bu dəfə "Qəbələ"nin bir başqa gənc üzvünə göz qoyub.

Söhbət Şahin Şahniyarovdan gedir.

19 yaşlılardan ibarət millimizin üzvü bu ildən əsas komandada çıxış etməyə başlayıb.

O, forma geyindiyi 4 Premyer Liqa matçında adından söz etdirməyi bacarıb.

Birinci Liqaya düşəcəyi an məsələsi olan "Qəbələ" də yetirməsini müəyyən məbləğ qarşılığında satmaqda maraqlıdır.

Əgər danışıqlar uğurla yekunlaşsa, Şahin də Emil kimi növbəti mövsümə "Neftçi"də başlayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti