“Neftçi”də 2 nəfər cəzalandı, ümumi say 8 oldu - PROBLEMLİ SİYAHI

26 Aprel 20:00 Neftçi 618
“Neftçi”də 2 nəfər cəzalandı, ümumi say 8 oldu - PROBLEMLİ SİYAHI

Premyer Liqanın 32-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

6 komandadan cəzalı duruma düşən 8 futbolçu meydana çıxmaqdan məhrumdur.

Ən ağır zərbə “Neftçi”ylə “Turan Tovuz”a dəyib. Turun ən diqqətçəkən matçında üz-üzə gələcək bu komandalardan 4 futbolçu cəzalıdır.

Vərəqə limitini dolduranların ümumi siyahısı belədir:

Mark Tamaş, Yeqor Boqomolski (hər ikisi “Neftçi”), Denis Marandiçi, Ayxan Hüseynov (hər ikisi “Turan Tovuz”), Adi Mehremiç (Səbail), Ceyhun Nuriyev (Zirə), Sofyan Çakla (Sabah), Mehti Cənnətov (Sumqayıt).

Aprelin 27-də “Sabah” – “Səbail”, ertəsi “Qəbələ” – “Kəpəz”, “Neftçi” – “Turan Tovuz”, “Sumqayıt” – “Qarabağ”, aprelin 29-da “Zirə” – “Araz-Naxçıvan” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti