“Neftçi”də ciddi itki – Milli üzvü “Qarabağ”a qarşı oynamayacaq

24 Aprel 16:40 Neftçi 587
“Neftçi”də ciddi itki – Milli üzvü “Qarabağ”a qarşı oynamayacaq

Aprelin 24-də Azərbaycan kubokunda finalçıların adlarına aydınlıq gələcək.

Çərşənbə günü “Qarabağ” ilk oyunda 4:0 hesabı ilə məğlub etdiyi “Neftçi”ni qəbul edəcək, “Zirə” öz meydanında 2:1 üstələdiyi “Qəbələ”nin qonağı olacaq.

“Neftçi” vacib görüşə ciddi itki ilə çıxacaq. Əsas heyət üzvü Eddi İrafilov sarı vərəqə limitini doldurub.

“Qəbələ”dən Feras Abu Akal eyni səbəbdən oynamaqdan məhsumdur. Lakin israilli futbolçu bölgə klubu ilə vidalaşdığından, cəza keçərli olmayacaq.

“Zirə”də Rəşad Sadıqovun köməkçisi işləyən Vüqar Məmməd 2021-ci ildə “Səbail”də çalışdığı dönəmdə hakimi vurduğu üçün aldığı 20 oyunluq cəzanın acısını çəkməkdədir. O, texniki zonada yer ala bilməyəcək.

Aprelin 24-də keçiriləcək “Qəbələ” – “Zirə” qarşılaşması saat 17:00-da, “Qarabağ” – “Neftçi” dueli 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti