COP29

"Neftçi" hər şeyin ən yaxşısına layiq komandadır"

24 Aprel 01:50 Neftçi 747
"Neftçi" hər şeyin ən yaxşısına layiq komandadır"

"Neftç"nin veteran forvardı Tomislav Mişura sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "ağ"qaralar”ın keçmiş hücumçusu sabiq komandasının çıxışına toxunub:

"Neftçi"nin çıxışını daim izləyirəm. Bu klub mənə doğmadır, əzizdir.

Orada oynamışam və hər zaman da maksimum gücümü meydanda qoymuşam. Təbii ki, "Neftçi"nin indiki nəticələrini də izləyirəm.

Görünən odur ki, nəticələr yaxşı deyil. Bu da üzücüdür.

Çox istəyirəm ki, komanda ən yaxşı nəticələr qazansın. Çünki "Neftçi" hər şeyin ən yaxşısına layiq komandadır.

Hər halda indiki vəziyyətə baxıram və görünən odur ki, "Neftçi"nin dəyişikliklərə ehtiyacı var. Ümid edirəm ki, hər şey bu komanda üçün yaxşı alınacaq".

42 yaşlı veteran forvard “Admira Vakker”dən sonra 2005-ci ildə “Neftçi”yə keçmişdi. 2006-cı ildə isə sloveniyalı Bakı klubunu tərk edərək “Lokomotiv”(Sofiya) ilə anlaşmışdı.

Digər Xəbərlər
Xəbər Lenti