Buyurun, bu da sizə yeni kapitan Yuri Matias!

27 Aprel 11:20 Neftçi 2 557
Buyurun, bu da sizə yeni kapitan Yuri Matias!

"Hamının bildiyi kimi, futbolda hər şey mümkündür. Bilirəm ki, məni təkcə “ÇFR Kluj”da deyil, bütövlükdə Rumıniyada da dəyərləndirirlər. Odur ki, fürsət düşsə, təbii ki, ora qayıdardım. Təəssüf ki, gördüyüm kimi, hazırda komandanın işi yaxşı deyil. Ümid edirəm ki, o, yenidən güclü olacaq".

Bu fikirlər "Neftçi"nin müdafiəçisi Yuri Matiasa məxsusdur.

"Ağ qaralar"la 2025-ci ilə kimi müqaviləsi olan braziliyalı açıq-aşkar Rumıniyaya qayıtmağı, "ÇFR Kluj"un şərəfini qorumağı arzuladığını dilə gətirib.

Bu, həmin Yuridir ki, paytaxt klubuna yeni gələndə qısa müddətdə azarkeşlərin sevimlisinə çevrilmişdi. Hətta bir qrup adam kapitanlıq sarğısının Emin Mahmudovdan alınıb ona verilməsini israr edir, piarını aparırdı.

Söhbət 6 il klubun şərəfini qoruyan, 200-dən artıq oyuna çıxan, çox sayda vacib qolların müəllifi, asisti olan Mahmudovdan gedir.

Əsl kapitanı kimlərsə 2-3 qol vuran, özünü illərin "Neftçi"lisi kimi göstərən əcnəbinin ayağına vermişdilər.

Nədi-nədi yayda Mahmudov klubdan getmək qərarı vermişdi.

Emin müqaviləsi bitəndən sonra normal olaraq aldığı yaxşı təklifləri gözdən keçirmişdi. Haqlı olaraq rəzil günə qalan "Neftçi"də qalmaq, gün keçirmək istəməmişdi. Qərarını da son anda "Neftçi"nin yaxşı gələcəyi üçün dəyişmişdi. Həm də daha yaxşı təkliflərə yox deyərək.

Lakin Matias müqaviləsi ola-ola, mövsüm davam edə-edə, "Neftçi"nin avrokuboklar uğurunda gərgin mübarizədə olduğu dönəmdə getmək barədə düşündüyünü ictimaiyyətə utanmadan açıqlayır.

Buyurun, bu da sizə yeni kapitan Matias!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti