“Elə bil, “Neftçi” udmaq istəmirdi - Rəşad Sadıqov göstərdi ki...”

22 Aprel 22:20 Neftçi 1 418
“Elə bil, “Neftçi” udmaq istəmirdi - Rəşad Sadıqov göstərdi ki...”

“Oyunu izlədim və hər şey elə gözlədiyim kimi də bitdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov deyib.

İki həftə öncə Muxtar Respublika təmsilçisindən ayrılan mütəxəssis Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” matçının (3:1) nəticəsini dəyərləndirib.

“Pro” kateqoriyalı çalışdırıcı “ağ-qaralar”la bağlı maraqlı iddia səsləndirib:

“Gedişatdan görsənirdi ki, ”Zirə” qələbə qazanacaq. Elə bil, “Neftçi” udmaq istəmirdi.

Baxmayaraq ki, ilk qolu da onlar vurdu. Bu gün “Neftçi”də nələrin baş verdiyi həqiqətən çox maraqlıdır.

Bəzi klubların əcnəbi məşqçi sevdası mənə çatmır. Rəşad Sadıqov göstərdi ki, azərbaycanlı məşqçilər son 7-8 ildə yaxşı inkişaf yolu keçiblər,

Öz işləri, dəst-xətləri ilə bunu hamıya göstərirlər. Bu qədər əncəbi məşqçi gəlir, bir müddət sonra gedir...

Tam səmimi deyirəm, mən “Araz Naxçıvan”da işləyəndə, 70-ci dəqiqədən sonra hiss edirdim ki, biz “Neftçi”ni udacağıq.

“Neftçi”dən bir qorxu qalmamışdı, Halbuki illər əvvəl “Neftçi” ilə qarşılaşan komandaların dizləri tir-tir əsirdi.

Bu gün “Neftçi” öz əzəmətini itirib. Çox çətin bir durumdadır. Komanda avrokuboklara düşsə də belə, düşməsə də belə.

Burada çox şeylər dəyişilmir. Məncə, bu da “Neftçi”ni ucuzlaşdırır”.

Digər Xəbərlər
Xəbər Lenti