"Neftçi"yə qarşı "çaşmaq" ona baha başa gəldi - VİDEO

22 Aprel 20:40 Neftçi 1 315
"Neftçi"yə qarşı "çaşmaq" ona baha başa gəldi - VİDEO

Azərbaycanlı FİFA referisinin "qələmi qırılıb".

Söhbət 29-cu turda keçirilən "Neftçi" - "Sumqayıt" qarşılaşmasında kobud səhvlərə yol verən Elçin Məsiyevdən gedir.

Aprelin 7-də "Neftçi Arena"da baş tutan oyunda "ağ-qaralar"ın qaydalar çərçivəsində vurulan qolunu hesaba almayan, sumqayıtlıların qapısına haqlı penaltini təyin etməyən Məsiyev etdiyi səhvlərin cəzasını çəkir.

Məhz bu səbəbdən Elçinə son 2 turda təyinat verilməyib. Nə əsas, nə dördüncü, nə də VAR hakimi kimi.

Çox güman, 32-ci turun görüşlərini də kənardan izləyəcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti