“Neftçi”nin əcnəbi futbolçuları vəzifəli şəxsə görə bu yerə getdi - FOTO

22 Aprel 19:00 Neftçi 1 061
“Neftçi”nin əcnəbi futbolçuları vəzifəli şəxsə görə bu yerə getdi - FOTO

“Neftçi”nin futbolçuları minifutbol oyununda görüntülənib.

Hazırda “ağ-qaralar”ın şərəfini qoruyan Reziuan Mirzov, Filip Ozobiç, İvan Brkiç və ötən yay “Neftçi”ni tərk edən, hazırda “Zirə”nin uğurları üçün tər tökən Sezar Meza Kolli Bakı Tennis Akademiyasının yolunu tutub.

Premyer Liqanın tanınmış simaları burada keçirilən “Birbaşa” – “Odlar Yurdu” qarşılaşmasını tribunadan canlı izləyərək birinciləri dəstəkləyiblər.

Bu da səbəbsiz deyil. Hazırda “Neftçi”nin Müşahidə Şurasında idman məsələləri üzrə müşavir postunu tutan Kamil Məmmədov “Birbaşa”nın kapitanı və oyunçusudur.

Yarımfinal mərhələsinin ilk oyunu “Birabaşa”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti