“Neftçi” növbəti mövsümdə yenilik edəcək – Klub rəsmisi açıqladı

20 Aprel 20:00 Neftçi 2 344
“Neftçi” növbəti mövsümdə yenilik edəcək – Klub rəsmisi açıqladı

“Neftçi” növbəti mövsüm üçün yeniliklərə hazırlaşır.

Cari mövsümdə başladılan və hələ ki yarımçıq qalan “Top səndə” proqramı 2024-25 mövsümündə davam etdiriləcək.

Bu barədə məlumatı Sportinfo.az-a “ağ-qaralar”ın mətbuat katibi Emin Əfəndi verib.

Klubun sözçüsü nəzərdə tutulan yeniliklər barədə danışıb:

“Top səndə” layihəsinin uğurlu alındığını deməliyəm. Test üçün başlatdığımız layihəni növbəti mövsümdə “YAŞAT” Fondu ilə birlikdə davam etdirəcəyik.

Proqramla bağlı yeni ideyalarımız var ki, bu barədə əlavə məlumat veriləcək.Bundan başqa, məktəblilər üçün “Yay düşərgəsi” layihəsini gerçəkləşdirmək istəyirik.

Hazırda bu yöndə çalışmalarımız davam edir. Fikrimcə, uşaqlarda maraq doğuracaq proqram kimi yadda qalacaq.

Hər iki layihəni “YAŞAT” Fondu ilə müştərək həyata keçirməyi planlaşdırırıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti