“Neftçi” yeni məkana köçür

19 Aprel 15:00 Neftçi 2 604
“Neftçi” yeni məkana köçür

“Neftçi” 2024/25 mövsümdən etibarən yeni ünvanda məskunlaşacaq.

“Ağ-qaralar” Bakıxanovda inşası davam edən təlim-məşq bazasında məşq edəcək, orada fitneslə məşğul olacaq, dincələcək və qidalanacaq.

Bu barədə məlumatı jurnalistlərə açıqlamasında klubun isveçli idman direktoru Yens Andersson verib.

Funksioner 1500 kvadrat metri əhatə edən binanın birinci mərtəbəsində tamamlanma işlərinin getdiyini, 6 mərtəbədən ibarət tikilinin yalnız ilk 3 mərtəbəsinə ehtiyac duyduqlarını bildirib.

Andersson bazanın müəyyən hissəsinin avqust ayına qədər hazır olacağını desə də, tikinti işlərinin nə vaxt yekunlaşacağı barədə konkret bilgi verməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti