COP29

"Neftçi"nin yeni rəhbərinin adı nə vaxt açıqlanacaq?

18 Aprel 19:40 Neftçi 1 501
"Neftçi"nin yeni rəhbərinin adı nə vaxt açıqlanacaq?

«Neftçi»nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf aprelin 2-də bu postu tərk etdi.

O, həmin gündən etibarən iş yerini AFFA-ya dəyişdi.

SOCAR-ın rəhbəri 4 il müddətinə federasiyanın prezidenti seçildi.

Həmçinin Səməd Qurbanov «ağ-qaralar»ın Müşahidə Şurası ilə vidalaşdı. Veteran futbolçu artıq AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Onların yerinə təyinat nə vaxt gerçəkləşəcək? Klubdan redaksiyamıza daxil olan informasiyaya görə, bu məsələ hələlik açıq qalıb.

Yeni sədrinin kimliyi hələ rəsmən bilinmədiyi üçün şuranın nə vaxt bir araya gələcəyi dəqiqləşməyib. Güman olunur ki, ayın sonunadək müvafiq qərarlar veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti