“Neftçi”nin ağ-qara “oyun”u - 10 ayda 10 yeni məşqçi, 13 futbolçu

15 Aprel 22:20 Neftçi 522
“Neftçi”nin ağ-qara “oyun”u - 10 ayda 10 yeni məşqçi, 13 futbolçu

“Neftçi”nin hazırkı durumu ürək ağrıdır.

Çempionluq mübarizəsindən erkən qopan “ağ-qaralar” ölkə kubokunun finalına yüksəlmək şansını da böyük ölçüdə əldən verib.

Tituldan əli üzülən bakılıların yeganə ümid yeri gümüş medalları qazanmaqdır ki, bunun özü də çətin görünür.

Sonuncu dəfə 2021-ci ildə yerli baş məşqçi Samir Abasovun rəhbərliyi altında çempion olan “Neftçi”, 2021-22 mövsümünü titulla başa vurmayınca, hazırda “Sumqayıt”ı çalışdıran mütəxəssislə yollar ayrıldı. Abasovun yerinə Laurentsiu Regekampf təyin olundu, 1 ildən sonra o da yola salındı.

Ötən ilin yayında büdcədə kifayət qədər artım müşahidə olundu. Məqsəd komandada “təmizləmə əməliyyatı” aparmaqla güclü məşqçi və futbolçu heyətinə sahib olmaq, mövsümü titulla başa vurmaq idi.

Futbolçu kimi dünyaca ünlü Adrian Mutu ilə yayda bağlanan müqaviləyə dekabrda xitam verildi, vakant postda onu Midoraq Bojoviç əvəzlədi. O da hələ ki, heç nə edə bilmir.

Yaydan bu yana heyətə cəlb olunan futbolçuların sayı isə göz qamaşdırır.

Elə isə, adlara nəzər yetirək.

Məşqçilər heyəti: Adrian Mutu, Alin-Nikolaye Çita, Boqdan Petraşku, Miodraq Todorov, Mihau-Qavril Nebedan.

Məşqçilər heyəti: Miodraq Bojoviç, Saşa Petroviç, Deyan Mrvalyeviç, Deyan İliç, Emil Babayev.

Yay transferləri: Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Şinyaşiki, Aaron Olanare, Dieqo Valdez, Reziuan Mirzov, Lukas Melano.

Qış transferləri: Brayan Moreno, Alfa Konte.

10 ayda 9 yeni məşqçi və 13 yeni futbolçu.

Emil Balayev yayda aldığı zədəyə görə ili boşa verib. Qara Qarayevlə Reziun Mirzov vaxtlarını ehtiyat oyunçular skamyasında keçirirlər. Aaron Olanare başını götürüb “Malmö”yə qaçdı, Lukas Melano isə kefini çəkib, pulunu qazanır.

Qış fasiləsində bəh-bəhlə gətirilən Moreno ilə Konte isə ciddi mənada heç nə ilə fərqlənmirlər.

“Neftçi”yə bu mövsüm üçün ayrılan büdcə, göründüyü kimi, səriştəsizlik ucbatından havaya sövrulub. Klubun selsksiya işlərinə cavabdehlik daşıyanlar, faktiki, məşqçi və futbolçu seçimində çox ciddi yanlışlıqlara yol veriblər. B

u qədər legioner məşqçi və futbolçu sayının qarşısında titullardan əli üzülmüş “Neftçi” hələ də gümüş medalları qazanmağın yollarını axtarırsa, cavabdeh şəxslər ortaya çıxıb cavab verməlidir.

“Neftçi”nin bu günə düşməsinin günahkarı nə Mutudur, nə Bojoviç. Heç futbolçular da deyil. “Ağ-qaralar”ı ağ günə çıxarmaq adı ilə rəhbərlərə yalan və böyük vədlər verənlərdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU