Xəbər verdiyimiz kimi, “Neftçi“nin Müşahidə Şurasının səbiq sədri, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti pisləşib.
Sportinfo.az xəbər verir ki, “qafqazinfo” onun səhhəti ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinə sorğu ünvanlayıb.
Qurumun mətbuat katibi Xəyal Rza saytımıza bildirib ki, hazırda yazıçının vəziyyəti yaxşıdır: “Hazırda Çingiz müəllim yaxşıdır. Hələ ki evə buraxılmayıb”.
X.Rza Çingiz Abdullayevin gələn həftə işə çıxacağını da əlavə edib.
Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının 4 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxıldığı, ötən gün isə halının yenidən pisləşdiyi bildirilirdi