"Sən futbolu bilmirsənsə, maliyyəyə necə nəzarət edə bilərsən?"

13 Aprel 18:35 Neftçi 518
"Sən futbolu bilmirsənsə, maliyyəyə necə nəzarət edə bilərsən?"

“Neftçi” azarkeşlərin vəziyyətinə üzülməmək mümkün deyil”.

Bu sözləri “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanov deyib.

Tanınmış futbol funksioneri “CBC Sport”da yayımlanan verilişdə qonaq olarkən “ağ-qaralar”ın hazırkı durumunu şərh edib.

Süleymanov “Neftçi”nin başında səriştəsiz insanların yer aldığını bildirərək onları bacardıqların işin qulpundan yapışmağa səsləyib:

“Hər bir insan bacardığı işlə məşğul olmalıdır. Hər insanın özünə görə əməyi var. O futbolçu pisdir, bu məşqçi pisdir. Niyə pisdir? Çünki klub rəhbərliyi futbolu bilmir.

Buna görə də Tahir Süleymanovu Azərbaycan futbolunda çox adam bəyənmir. Hansısa məşqçini posta təyin etmək üçün o, bizə nəzəriyyəsini, praktikasını göstərməliydi, sübut etməliydi.

Biz futbolun hər yerini bilirik. Bu gün “Neftçi”nin rəhbər şəxsi “mən futbol məsələlərinə baxmıram” deyir.

Hər klubun büdcəsinin 60-70 faizi əsas komandaya və transferlərə ayrılır. Sən futbolu bilmirsənsə, maliyyəyə necə nəzarət edə bilərsən?

Futbolu bilmirsəndə, 100 minlik futbolçuya 500 min qiymət qoyanda, bunu necə ayırd edəcəksən?

Özünüzə hörmət edin, bacardığınız işlə məşğul olun. Azarkeşə, ən azından özünüzə hörmət edin. Gəlin, tribunada oturub komandaya azarkeşlik edin”.

Tahir Süleymanovun vitse-prezident işlədiyi dönəmdə “Neftçi” 3 dəfə ölkə çempionu olub, 2 dəfə Azərbaycan kubokunu qazanıb, ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti