“Neftçi”sevərlərə dərindən ah çəkdirən... BUNA BAXIN!

13 Aprel 17:45 Neftçi 509
“Neftçi”sevərlərə dərindən ah çəkdirən... BUNA BAXIN!

Mövsümün startından bu yana heç cür özünə bənzəməyən “Neftçi” kubokda “Qarabağ”a 0:4 hesablı yenilginin ardınca Premyer Liqada “Sumqayıt”ın müqavimətini qıra bilmədi – 1:1.

Gümüş medalları qazanmağı hədəfləyən bakılıların bu dəfəki rəqibi “Araz-Naxçıvan”dır.

Komandanın adı “Neftçi”lilərdə rahatlıq yarada bilər.

“Araz-Naxçıvan” elitanın debütantıdır.

“Araz-Naxçıvan” 10 komanda arasında 8-ci pillədə yer alıb.

“Araz-Naxçıvan” son 7 oyunda qələbə qazana bilməyib.

“Araz-Naxçıvan” yeni baş məşqçiyə tapşırılıb.

Şübhəsiz, bu və digər məqamlar “Neftçi Arena”da meydan sahiblərinin xeyrinə işləyə bilər. Bütün bucaqlardan baxanda komandalar arasındakı fərqlər aşkar görünür.

Amma bir fakt var ki, ağ-qara rənglərə könül verənləri dərindən ah çəkməyə məcbur edir. “Neftçi” cari mövsümdə “Araz-Naxçıvan”ı məğlub edə bilməyib!

6-cı tur: “Araz-Naxçıvan” – “Neftçi” – 1:0.

14-cü tur: “Neftçi” – “Araz-Naxçıvan” – 1:1.

22-ci tur: “Araz-Naxçıvan” – “Neftçi” – 1:0.

3 oyunun 2-də naxçıvanlılar qalib gəlib, yalnız 1 halda oyun heç-heçə başa çatıb. Bakılılardan fərqli, Muxtar Respublika təmsilçisi bütün hallarda rəqibinin qapısına yol tapmağı bacarıb.

Aprelin 13-də keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” dueli saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU