"Neftçi"də parlayan gənclə bağlı narahatlığa SON QOYULDU

16 Aprel 19:40 Neftçi 2 016
"Neftçi"də parlayan gənclə bağlı narahatlığa SON QOYULDU

“Neftçi” uğursuz mövsüm keçirsə də, eyni sözləri komandanın qolkiperi Rza Cəfərov barədə demək olmaz.

Adrian Mutunun mövsümün əvvəlindən şans verməyə başladığı gənc futbolçu sonrakı gedişatda onun, ondan sonrakı baş məşqçi Miodraq Bojoviçin ümidlərini doğrultmağı bacardı.

Əbəs deyil ki, bu gün “Neftçi” azarkeşlərinin birmənalı olaraq narazı qalmadığı, zaman-zaman şəninə təriflər səsləndirdiyi yeganə oyunçudur.

Onunla bağlı narahatlıq doğuran səbəb yayda müqaviləsinin bitməsidir.

Amma narahat olmağa gərək yoxdur.

Əldə etdiyimiz məlumata görə, klub gənc futbolçuya yeni müqavilə təklif edib.

Və tərəflər arasında uzunmüddətli müqavilənin şərtlərində ilkin razılıq əldə olunub. Böyük ehtimal Cəfərov "ağ qaralar"la yollarını davam etdirəcək.

Bu mövsüm bütün turnirlər daxil 22 oyun keçirən qolkiper “Neftçi”nin öz yetirməsidir.

20 yaşlı futbolçu bu il Azərbaycan millisinə də dəvət olunub. Onun aktivində 1 oyun var.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU