“Neftçi”nin hücumçusu üzünü onlara tutdu, kömək istədi

12 Aprel 18:35 Neftçi 982
“Neftçi”nin hücumçusu üzünü onlara tutdu, kömək istədi

“Onlarsız bizə çox çətindir. Yanımızda olmalarını istərdim”.

“Neftçi”nin hücumlçusu Yeqor Boqomolski Sportinfo.az-a azarkeşlərin komandadan üz döndərmələri barədə danışıb.

“Ağ-qaralar” mövsümün əvvəlindən bu yana ümidləri doğrultmasalar da, tərəfdarlar yaxşı olacağına ümid edirdilər. Daha doğrusu, Miodraq Bojoviçin gəlişindən sonra pis günlərin arxada qalacağını düşünürdülər.

Lakin doğma meydanda “Qarabağ”a 1:4 hesablı məğlubiyyət “Forza Neftçi” azad azarkeş qrupunu tribunadan çəkilməyə məcbur etdi. Qrup yaydığı bəyənatla komandanın ev və səfər matçlarını boykot etdiyini bildirdi.

Onlar yoxa çıxan gündən “Neftçi” öz meydanında da səfər komandası təsiri bağışlayır. Azarkeşlərin yoxluğu hər bir halda özünü göstərir.

Belaruslu legioner saytımız vasitəsi ilə fanatlara səslənib:

“Əminəm ki, onlar da “Neftçi”nin uğur qazanmasını, mövsümü ikinci yerdə başa vurmasını, yayda avrokuboklarda çıxış etməsini istəyir. Bunun üçün bir olmalıyıq. Gəlsinlər, dəstək versinlər, birlikdə sevinək.

Azarkeşlər tribunada olanda bizə daha rahat olur. Hər bir futbolçu azarkeşlərin dəstəyindən əlavə güc alır”.

Premyer Liqanın 29-cu turundan sonra “Neftçi” 44 xalla 3-cü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti