"Neftçi"nin legioneri bu ölkənin 2 klubunun maraq dairəsindədir

12 Aprel 2024 01:50 Neftçi 1 691
"Neftçi"nin legioneri bu ölkənin 2 klubunun maraq dairəsindədir

"Neftçi"nin legioneri Kilan Lebonun komandada qalıb-qalmayacağı dəqiq deyil.

Sportinfo.az xəbər verir ki, sportal.az-na verilən məlumata görə, "ağ-qaralar"ın aparıcı futbolçusunun xidmətində maraqlı olan klublar var.

Onlar arasında Qazaxıstan təmsilçilərinin olduğu da qeyd edilir.

Azərbaycana məhz "Astana"dan gələn Lebon indi də bu ölkənin 2 klubunun maraq dairəsindədir.

Onlardan biri “Ordabası”dır. Şimkent təmsilçisi yayda Lebonu heyətinə qatmağı planlaşdırır. Komandanın baş məşqçisi Aleksandr Sednyovun Kilanı şəxsən sərəncamında görmək istədiyi iddia olunur.

Ordabası” son mövsümün çempionudur. Sen-Marten millisinin üzvü “Şambli”, “Qazelek”, “Kretey”, “Beroe” klubları ilə yanaşı “Astana”da da oynayıb. O, 2023-cü il yanvar ayında “Neftçi”yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk