“Neftçi” hospitaldır, yoxsa istirahət mərkəzi?

12 Aprel 12:20 Neftçi 1 001
“Neftçi” hospitaldır, yoxsa istirahət mərkəzi?

“Neftçi”yə gələn daş atıb, başını tutur.

Ya zədədən əziyyət çəkir, ya da meydana çıxanda ayaqları əsir.

Arada düşünürsən ki, dünya ulduzunu da bu kluba dəvət etsən, qısa müddət sonra daxili vurhvurda olacaq sıradan bir Melano, Şinyaşikin.

Belələrindən biri də Azər Əliyevdir. Düzdü, 29 yaşlı cinah oyunçusu super ulduz falan deyil.

Amma onu sıradan futbolçu kimi də tanımırdıq.

Rusiyadakı parlaq çıxışı ilə bir müddət Azərbaycan millisinə əsas namizədlər sırasında göstərilirdi.

Elə Azərbaycana gəlişi də böyük təmtəraqla baş tutmuşdu.

Ki, qısa müddət ərzində həm də milli pasport alaraq yığmaya qoşulsun.

Lakin arxada qalan müddətdə nə milli üçün yararlı ola bildi, nə də “Neftçi”.

2 ildən artıqdır “ağ qaralar”ın şərəfini qoruyan “7 nömrə” Azərbaycan millisinə cəmi 1 oyunda lazım olub. Dərd bununla bitsə nə vardı.

O, heç “Neftçi”üçün də vazkeçilməz sima deyil.

Günü-güzaranı zədələrinin bərpası ilə keçir. Aylarla olmasa, heç kimin yadına düşməz. "Neftçi" azarkeşi də bu duruma alışıb artıq.

Çox uzağa getməyək, bu mövsüm 29 turdan 9-un zədə səbəbindən buraxıb. 7 qarşılaşmada zədədən yeni qayıtdığı üçün yalnız “18-lik”də yer ala bilib. Meydançada olduğu 13 matçda isə yalnız bir qol ötürməsilə yadda qalıb.

Paytaxt təmsilçisində bir çox futbolçunun CV-si bu gündədir.

Pul var, heyət genişdir, amma əksəriyyəti yararsız.

Sanki “Neftçi” hospitaldı, ya da istirahət mərkəzi. Əksəriyyət ya zədəli halda, ya da dincələrək pulunu almaqla məşğuldur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti