“Qolumuz hesaba alınmır, penaltimiz verilmir, nə etməliyik?” – “Neftçi”nin legioneri

10 Aprel 20:00 Neftçi 551
“Qolumuz hesaba alınmır, penaltimiz verilmir, nə etməliyik?” – “Neftçi”nin legioneri

“Neftçi”nin futbolçusu Yeqor Boqomolski Sportinfo.az-a müsahibə verib.

Belarus millisinin də şərəfini qoruyan 23 yaşlı hücumçu komandasının “Sumqayıt”la bərabərə qaldığı (1:1) matç haqda sualları cavablandırıb.

- Məğlubiyyətdən xilas olduğunuz, yoxsa qələbə əlinizdən çıxdı?

- Fikrimcə, hər iki komandanın ifasında maraqlı oyun oldu. Daha çox qol vəziyyətləri yaratmaqla rəqibdən üstün oynadıq. Təəssüf ki, hakim qaydalar çərçivəsində vurulan təmiz qolumuzu qeydə almadı. Təkrara baxsa, görəcək ki, rəqib müdafiəçi aşkar şəkildə məni kürəyimdən itələyir. Orada mənə qarşı qayda pozulmuşdu, mən kobud oynamamışdım.

- “Neftçi” kimi komandanın “Sumqayıt”la matçda penaltiyə bel bağlaması nə dərəcədə düzgündür? Komandanız bu heyətlə, bu imkanlarla bütün cəhətlərdə özündən qat-qat aşağı olan sumqayıtlıların qapısından azı 3 top keçirməlidir.

- Penalti epizodundan danışmıram. Bəhs etdiyim epizod oyun vəziyyətində vurduğumuz qolla bağlıdır. Mənə qarşı kobudluqdan sonra Şinyaşiki vurduğu qolu deyirəm. Qolumuz hesaba alınmır, penaltimiz verilmir, belə olduğu halda nə etməliyik?

- Deyək ki, bu matçda hakim qələbə qazanmağınıza mane oldu. Bəs, qış fasiləsindən sonra çempionatdakı 10 oyunda cəmi 4 qələbəyə sevinməyiniz?

- Son iki mövsümdə nə qədər məşqçi və futbolçu dəyişikliyi olduğunu görürsünüz. Az qala hər altı aydanbir baş məşqçi dəyişikliyi yaşanır, bir futbolçu gedir, digəri gəlir. Daim rotasiyalar olur. Bu da istər-istəməz oyunumuza təsir edir. Oturuşmuş heyəti qurmaq və istədiyimiz futbolu sərgiləmək üçün vaxt lazımdır.

- Çempionatın sonuncu necə fantaziya edirsən? Səncə, 36-cı turun yekununda “Neftçi” hansı pillədə yer alacaq?

- İkinci yerdə. Məqsədimiz budur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU