"O, özünü "Neftçi"yə tapşırtmayıb, məcbur etməyib ki…" - VİDEO

10 Aprel 14:40 Neftçi 687
"O, özünü "Neftçi"yə tapşırtmayıb, məcbur etməyib ki…" - VİDEO

"Azər Salahlını təhqir edirlər, Azər Əliyevin adını çəkən isə yoxdur".

Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la ilk matçından sonra azarkeşlərin təhqirinə məruz qalan "Neftçi"nin müdafiəçisi haqda danışıb.

Tanınmış teleşərhçi Salahlının hədəf seçilməsini doğru saymayıb. Bildirib ki, Yuri Matias və Azər Əliyev zəif təsir bağışlasa da, "ağ-qaralar"ın fanatları yalnız Salahlını tənqid obyekti seçib:

"Halbuki Matias və Əliyev Salahlıdan qat-qat artıq maaş alır. O, zorla "Neftçi"yə gəlməyib.

Burada forma geyinmək üçün özünü tapşırtmayıb. Məcbur etməyib ki, gəlin, mənimlə müqavilə imzalayın".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti