“Neftçi”nin futbolçusu üsyan etdi, AFFA-ya səsləndi

9 Aprel 21:20 Neftçi 2 134
“Neftçi”nin futbolçusu üsyan etdi, AFFA-ya səsləndi

“İndiyə qədər heç vaxt sosial şəbəkələrdə hakimlikdən şikayət etməmişəm.

Llakin son bir neçə həftədə baş verənlər qəbuledilməzdir”.

“Neftçi”nin hücumçusu Andre Şinyaşiki “Neftçi” – “Sumqayıt” matçından sonra sosial şəbəkə hesabında paylaşım edərək bu sözləri yazıb.

Braziliyalı forvard Elçin Məsiyevin sumqayıtlıların qapısına haqlı penaltini təyin etməməsini, eləcə də özünün vurduğu qolun qeydə alınmamasını əks etdirən videogörüntüləri paylaşaraq AFFA-ya çağırış edib.

Andre “Neftçi”nin son oyunlarında hakim səhvlərinin sıralandığını qeyd edib:

“Vurduğum 3 qol hesaba alınmayıb və özümə qarşı kobudluğa görə təyin olunmayan 2 penalti var.

Futbolçular, məşqçilər, azarkeşlər daha yaxşısına layiqdirlər. Bu halların bir daha təkrarlanmaması üçün federasiya lazımi düzəlişlər etməlidir.

Əgər bizdə VAR varsa, niyə ondan istifadə etmirik? Mənə elə gəlir ki, bunlar bilərəkdən edilir. “Neftçi”dəki insanlara bunun cavabı verilməlidir”.

Premyer Liqanın 29-cu turunda baş tutan “Neftçi” – “Sumqayıt” görüşü 1:1 hesabı ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti