"Neftçi"də bunu bacaran 5 futbolçudan biri oldu - Emin Mahmudov

9 Aprel 02:50 Neftçi 549
"Neftçi"də bunu bacaran 5 futbolçudan biri oldu - Emin Mahmudov

Emin Mahmudov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin kapitanı Premyer Liqanın XXIX turunun “Sumqayıt”la ev matçında (1:1) fərqlənib.

Ölkə çempionatında yalnız “ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. O, 2017/18 mövsümündən “Neftçi”nin formasını geyinir.

Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti