Məni gözləri götürmürdü” - Cavadov daha bir DƏHŞƏTLİ FAKTIN üstünü açdı

8 Aprel 21:20 Neftçi 733
Məni gözləri götürmürdü” - Cavadov daha bir DƏHŞƏTLİ FAKTIN üstünü açdı

“Məni futbol oynadığım dövrdə də sıxışdırırdılar.

“Neftçi”nin şərəfini qoruyanda, klub rəhbərləri “66-lar” idi (“ağ-qaralar” 1966-cı ildə SSRİ birinciliyinin bürünc medallarını qazanıb – H.)”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında 70-80-ci illərdə Azərbaycanın ən tanınmış hücumçularından olan İsgəndər Cavadov deyib.

Veteran futbolçu o dövrdə “Neftçi”nin heyətində ən parlaq simalardan biri, bəlkə də birincisi olub.

Elə bu səbəbdən ona əngəllər yaradılıb, özünün və komandasının uğur qazanaraq adını tarixə yazdırmaması üçün hər yola əl atılıb.

Cavadov o illəri belə xatırlayır:

“Mən oynayan dövrdə “Neftçi” azərbaycanlı futbolçulardan təşkil olunmuşdu. Klub rəhbərliyində yer alan “66-lar” bizim irəli getməyimizi istəmirdi.

Məni dayandırmaq üçün hər yola əl atırdılar. Ciblərindən pul verirdilər ki, mən qırmızı vərəqə alıb komandanı pis vəziyyətdə qoyum, növbəti oyunu buraxım.

Bizi, məni gözləri götürmürdü. Onlar istəyirdilər ki, 1966-cı ildəki komanda həmişə tarixdə qalsın, başqaları “Neftçi”də bu uğuru təkrarlamasın.

Məni “Neftçi”dən iki dəfə qovdular, üçüncü dəfə gəldim. Deyirdilər, iki qardaş eyni komandada oynaya bilməz. Eh, bilmədiyiniz o qədər şeylər var ki”.

Maraq üçün bildirək ki, İsgəndər Cavadov 2005-ci ildən AFFA İcraiyyə Komitəsində yer alırdı. Aprelin 2-dəki seçkilərdə yeni tərkibdə ona yer verilməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti