"Neftçi"nin yeyilən haqqı və ya yeni ev yıxan

8 Aprel 20:40 Neftçi 631
"Neftçi"nin yeyilən haqqı və ya yeni ev yıxan

«Neftçi»nin «Sumqayıt»la duelləri həmişə maraqlı keçir. Bu, əzəldən belədir. 1992-ci ildə əsası qoyulan ənənə indinin özündə də işləkdir və hələ uzun illər öz statusunu qoruyacaq.
Dünənki qarşılaşma da istisna olmadı. «Neftçi» gözə xoş gələn futbolu ilə diqqət mərkəzinə düşdü. Düzdür, qələbə qazana bilmədilər, ancaq biz bu dəfə oyunçuları və baş məşqçini qınamaq fikrindən uzağıq. Miodraq Bojoviçin mətbuat konfransında səsləndirdiyi rəyə heç bir etirazımız yoxdur, onunla ikiəlli razıyıq. Doğrudan da, Elçin Məsiyev yanlış qərarları ilə oyunun içinə gül düzdü. Ən azından özü boyda.
Referi 3 xalı «Neftçi»dən «oğurladı». Biz onu «Neftçi»yə yaxın biri bilirdik. Demə, «Sumqayıt» Elçinə daha doğmaymış. O, son dəqiqələrdə «Neftçi»ni iki dəfə «dəli etdi». Öncə Andre Şinyaşikinin qolunu saymamaqla, daha sonra braziliyalı hücumçuya qarşı cərimə meydançası daxilində edilən kobudluğa göz yummaqla. Hərçənd uzaq Mozambikdən də görünürdü ki, qol təmiz qol idi, penalti da verilməli idi.
«Elçinin səviyyəsi budur, bilərəkdən etmədi» deyəcəksiz, deməyin. O, bilir nə edir və kimə görə edir. Öz aramızdır, Elçinin həmişə müəyyən çevrələr tərəfindən qorunduğunu sezməmisiz hələ? Az olub ki, hansısa komandanın «evini yıxıb», sonra da «sudan quru çıxıb»? O da bu yolu seçib. Müasir hakimliyin Xaqani Məmmədovu olmağın yolunu.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti