"Neftçi" bir az da düşdü… VİDEO

8 Aprel 00:40 Neftçi 302
"Neftçi" bir az da düşdü… VİDEO

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun “Neftçi Arena”da keçirilib.

Turnir cədvəlində “qonşu” olan komandalar - “Neftçi” ilə “Sumqayıt” üz-üzə gəliblər. Görüşdə hesabı qonaqlar açıblar. 13-cü dəqiqədə Yuri Matias avtoqol müəllifi olub.

“Neftçi”nin cavab qolu özünü 60 dəqiqə gözlədib. Belə ki, 73-cü dəqiqədə kapitan Emin Mahmudov “status-kvo”nu bərpa edib.

Yarımmüdafiəçinin penalti zərbəsini qapıçı qaytarsa da, Mahmudov dönən topu ikinci cəhddə qapıdan keçirə bilib.

Qarşılaşma 1:1 hesabı ilə də yekunlaşıb. Bununla xallarının sayını 44-ə çatdıran “Neftçi” turnir cədvəlində üçüncü pilləyə düşüb. Dördüncü sıradakı “Sumqayıt”ın hesabında isə 43 xal var.

Digər Xəbərlər
Xəbər Lenti