QALMAQAL: Hakimlər "Neftçi"nin xallarını yenə "oğurladı" - VİDEO

7 Aprel 23:45 Neftçi 1 890
QALMAQAL: Hakimlər "Neftçi"nin xallarını yenə "oğurladı" - VİDEO

Bu gün Premyer Liqada 29-cu tura yekun vurulub.

Hesabat həftəsinin mərkəzi qarşılaşmasında «Neftçi» ilə «Sumqayıt» üz-üzə gəlib.

Liderlər qrupunu yaxından maraqlandıran matç 1:1 hesabıyla başa çatıb. «Ağ-qaralar»ın braziliyalı müdafiəçisi Yuri Matias avtoqola imza atıb.

74-cü dəqiqədə isə Emin Mahmudov bərabərlik qolunu vurub. Bununla barışmaq istəməyən paytaxt təmsilçisi hücumlarını davam etdirib və 90-cı dəqiqədə daha bir dəfə fərqlənib.

Andre Şinyaşiki cinah ötürməsindən sonra müdafiəçilərin arasından çıxaraq, Mehdi Cənnətovu məyus edib, fəqət…

Elçin Məsiyev heç bir əsas olmadan brazilyalı hücumçunun qolunu qeydə almayıb. Referi ciddi etirazlara rəğmən, fikrindən dönməyib.

Həmin epizodun videosunu təqdim edirik, siz də baxın. Buradan hər şey açıq-aydın görünür.

«Fit sahibi»nin «Neftçi»nin təmiz qolunu saymamaqla nə məqsəd güdməsini araşdırmaq isə AFFA-nın işidir. Qoy, federasiya mənsubları Məsiyevin qərarının kökündə nəyin dayandığını axtarıb tapsınlar.

Hər halda bizim üçün də, ictimaiyyət üçün də maraqlı olar. Görəsən, Elçin «Neftçi»yə qarşı qərəzkarlıq etməklə kimin tapşırığını yerinə yetirib?

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti