“Neftçi”nin futbolçusundan təsirli sözlər: “Dinamo”da belə, bu cür şərait yoxdur”

7 Aprel 19:00 Neftçi 2 639
“Neftçi”nin futbolçusundan təsirli sözlər: “Dinamo”da belə, bu cür şərait yoxdur”

“Qəbələ”yə görə çox pis oluram.

Belə olacağını təsəvvür edə bilməzdim”.

Vaxtilə bölgə təmsilçisinin uğurları üçün tər tökən, komandanın əsas simalarından olan Filip Ozobiç Sportinfo.az-a komandanın hazırkı durumu haqda danışıb.

Çempionluq uğrunda mübarizə aparan, iki dəfə ölkə kubokunun qalibi adını qazanan, iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edən “qırmızı-qaralar” indi tarixinin ən ağır günlərini yaşayır.

28 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində yer alan “Qəbələ” ən yaxın izləyicisi “Kəpəz”dən 11 xal geri qalır. Hansısa möcüzə baş verməlidir ki, bölgə təmsilçisi elitadakı yerini qorusun.

Hazırda “Neftçi”nin şərəfini qoruyan Ozobiç Qəbələdəki şəraiti Zaqrebdə gördükləri ilə müqayisə edib:

“Açıq danışaq, sərgilədiyi futbola görə “Qəbələ” sonuncu pillədə olmağı haqq etmir. Sadəcə, nəsə alınmır.Azərbaycanda ilk komandam “Qəbələ” olub.

Gəldiyim gündən məni xoş qarşılayıb, hər cür köməklik göstərmişdilər. Tanınmağımda, inkişaf etməyimdə bu komandanın rolu böyükdür.

Turnir cədvəlində “Qəbələ”ni sonuncu pillədə görmək mənə xoş deyil. Heyf bu cür klubdan, bu cür infrastrukturdan.

Sizə söz deyim, Xorvatiyada belə, bu cür infrastrukturu olan komanda yoxdur? “Dinamo Zaqreb”? Onların bu qədər meydançaları, şəraiti yoxdur.

“Qəbələ”nin adına üzülürəm. Ümid edirəm yaxşı hadisələr baş verər və Premyer Liqada qalıb əvvəlki günləri yaşayarlar”.

Filip Ozobiç 2016-2018-ci illər aralığında formasını geyindiyi “Qəbələ”də meydana çıxdığı 74 oyunda 25 qolla yadda qalıb, 2016-17 mövsümündə 11 qolla Premyer Liqanın bombardiri adını qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti