"Qaraya olunan təhqirlər düzgün olsa, gərək biz hər oyun kimisə söyək"

6 Aprel 23:40 Neftçi 589
"Qaraya olunan təhqirlər düzgün olsa, gərək biz hər oyun kimisə söyək"

"Neftçi" və "Qarabağ" arasında baş tutan son derbi Qara Qarayevlə "İmarət" fan klubu arasında yaşanan qalmaqalla yadda qaldı.

Ağdam təmsilçsinin 4:0 qalib gəldiyi matçın gedişində fanatlar 18 il klubun şərəfini qorumuş Qarayevə qarşı təhqir dolu təzahurat səsləndirdi.

Atılan bu addım futbol ictimaiyyəti tərəfindən kütləvi şəkildə qınandı.

Onların arasında "Neftçi" fanatı Mənsum Abbaslı da var.

Redaksiyamızla əlaqə saxlayan Mənsum bəyin fikirlərini olduğu kimi sizə təqdim edirik:

"Bilmirəm necə başlayıb, necə bitirəm. Bir Futbol sevər kimi futboldan kənar prinsiplərə əsaslansaq Qara Qarayevin "Neftçi"yə keçidi birmənalı qarşılanmadı.

18 ilini "Qarabağ"a həsr edən bir futbolçu bu gün ən gözəl sözlərə layiqdir. Ona qarşı edilən təhqirlər düzgün olsa, gərək "Neftçi" hər oyun kimisə söyə.

"Qarabağ"ın bu gün uğurlarının başlıca səbabkarı olan komandamızın sabiq futbolçu və məşqçisi olmuş Qurban Qurbanovu "Neftçi" azarkeşi alqışlayaraq fəxr edir.

Bura Ruslan Abışov nümunəsini əlavə edə bilərəm. "Xəzər Lənkəran"a getdi, amma yenidən kapitan kimi qayıtdı.

Onda gərək ona ən ağır sözlər deyilərdi. Halbuki "Xəzər Lənkaran" həmin dönəm "Neftçi"yə daha çox rəqib sayılırdı.

Başqa bir çox futbolçu adları var - Zaur Tağızadə, Rəşaq Sadiqov, Araz Abdullayev və s.

Pul üçün transferə razılıq verib, son anda "Neftçi"yə keçən Donald Geryeni, maaşının artılmasını şərt qoyub, yekunda "Qarabağ"ı atıb "Astana"ya keçən və yenidən dolayı yola "Qarabağ"a qayıdan Riçard Almeydanı, pul üçün Serbiya "Partizan"na keçən, orada xoşbəxt xoşbəxt olmadığı üçün geri qayıdan Patrik Andradeni də gərək unutmayaq.

Milliləşdirilmiş Aleksey İsayev Portuqaliya ilə DÇ-2022-nin seçmə matçında (0:1) 84-cü dəqiqədə meydana çıxıb. Bununla əlaqədar İnstaqramda futbolçuya ünvanlanan təbriklər arasında bir erməninin paylaşımı da olub.

Erik Avetyan adlı istifadəçinin "Qardaşım, debütün mübarək. Hər şey irəlidədir" mətnini öz hesabından paylaşan İsayev cavabında "Təşəkkür edirəm, mənim qardaşım" yazıb və ürək, dostluq emojisi atıb.

Bəs bu qədər tənqid olunası "Qarabağ" futbolçuları olarkən niyə Qara Qarayev tənqid və təhqir edilir? Qara Qarayev Azerbaycan futbolunda tənqid olunası ən sonuncu kəsdir".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti