“Neftçi”li hücumçu boykot qərarına bu cür reaksiya verdi

4 Aprel 19:40 Neftçi 1 088
“Neftçi”li hücumçu boykot qərarına bu cür reaksiya verdi

“Neftçi”ylə “Qarabağ” arasında “Neftçi Arena”da baş tutan kubok oyunu qonaqların meydanını xatırladırdı.

Tribunları dolduran ağdamlı azarkeşlər özünü əsl meydan sahibi kimi aparır, “köhlən atlar”a lazım olan dəstəyi verir, rəqib komandanı və futbolçularını təzyiq altında saxlayırdı.

“Forza Neftçi”ylə “Neftçimaniya”nın oyunları boykot etməsi “ağ-qaralar”ı çarəsiz vəziyyətə salıb.

Miodraq Bojoviçin komandası doğma meydanda oynayanda belə, özünü səfərdəki kimi hiss edir. Bunu monteneqrolu çalışdırıcı mətbuat konfransında açıq şəkildə etiraf etdi.

Komandanın braziliyalı hücumçusu Andre Şinyaşiki Sportinfo.az-a açıqlamasında azarkeşlərin boykot qərarına şərh verərək onlara səslənib:

“Azarkeşlərimizin qəzəbləndiyini, indiki durumdan məmnun olmadıqlarını və buna görə də etiraz etdiklərini anlayışla qarşılayıram.

Azarkeş hər zaman ən yaxşısını istəyir. Hər şey özümüzdən asılıdır.

Öz oyunumuzla və nəticələrimizlə onları tribunalara qaytara bilərik. Dediklərimi etsək, gəlib öz dəstəklərini verəcəklər.

Azarkeşlərsiz oynamaq hər bir komanda üçün çətindir”.

Maraq üçün bildirək ki, “Neftçi” fədailəri martın 3-də “ağ-qaralar”ın “Qarabağ”a 1:4 hesablı məğlubiyyətindən sonra oyunları qeyri-müəyyən müddətə boykot etdiklərini bildiriblər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti