"Neftçi"də gələn gedənə rəhmət oxutdurur" - VİDEO

4 Aprel 17:40 Neftçi 613
"Neftçi"də gələn gedənə rəhmət oxutdurur" - VİDEO

"Neftçi"də gələn gedənə rəhmət oxutdurur".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

Tanınmış teleşərhçi ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "ağ-qaralar"ın çətin dönəmdən keçdiyini, ötən ilin dekabrında sükan ərxasına əyləşən Miodraq Bojoviçin etimadı doğrultmadığını bildirib:

"Neftçi"nin Premyer Liqada can çəkişə-çəkişə qazandığı qələbələrlə avrokuboklarda yaxşı nəyəsə ümid eləməsi çətindir.

Əvvəl də bu haqda danışırdıq, gəlirdi avrokuboklar və görünürdü ki, biz nə demişik, düz demişik. Lorentsiu Regekampfın komandası Adrian Mutu və indiki baş məşqçisinin "Neftçi" ilə nisbətdə yaxşı oynayırdı.

Samir Abasovun vaxtında isə komanda Regenın dövründən daha yaxşı oynayırdı. Bojoviç gəlib, amma yuxarı-aşağı Mutunun komandasıdır.

Müsbət tərəfə heç nə dəyişmir. Bojoviç 6 həftə vaxt istəmişdi. Üstündən nə qədər keçib, yenə ortalıqda heç nə yoxdur».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti