Yanıb-yaxıldı: "Allahım, mənim "Neftçi"mə nə etdilər?" - Flavinyo

4 Aprel 17:00 Neftçi 718
Yanıb-yaxıldı: "Allahım, mənim "Neftçi"mə nə etdilər?" - Flavinyo

"Neftçi" azarkeşlərini üzməyə davam edir.

Komanda növbəti dəfə "Qarabağ"a irihesabla uduzması ilə yadda qalıb.

Paytaxt təmsilçisi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda Ağdam təmsilçisini doğma meydanda qəbul edib.

Lakin qonaqlar özünü meydan sahibi kimi aparıb, "Neftçi"li futbolçuları "Neftçi Arena"ya çıxmağa peşman edib.

İlk hissədə rəqib qapısından 3 qol keçirən "atlılar" fasilədən sonra da 1 qol vuraraq darmadağınla elə ilk oyundaca cütün taleyini həll etmiş olub.

"Neftçi"nin aldığı məğlubiyyət klub tarixinin ən yaxşı legionerlərindən biri hesab olunan Flavinyonu belə dilə gətirib.

Məşhur "9 nömrə" okeanın o tayından sabiq komandasının gününə acıdığını yazdığı şərhlə göstərib.

O, klubun sosial şəbəkədəki hesabına bu sözləri yazıb: "Allahım, mənim "Neftçi"mə nə etdilər? Bzim irsimizi nə etdilər?".

Braziliyalı legioner 2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunub.

O, "ağ qaralar"ın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

Komandanın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti