Qarayevdən "Qarabağ" cəbhəsinə sərt sözlər: "Əgər şərəfiniz varsa..." - ÖZƏL VİDEO

3 Aprel 2024 09:00 Neftçi 10 747
Qarayevdən "Qarabağ" cəbhəsinə sərt sözlər: "Əgər şərəfiniz varsa..." - ÖZƏL VİDEO

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Qarabağ" arasında baş tutan ilk matçında insident yaşanıb.

Söhbət "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan "İmarət"in üzvləri arasında başverənlərdən gedir.

0:4 uduzan "ağ qaralar"ın "2 nömrə"si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb.

Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb.

18 il şərəfini qoruduğu klubun tərəfdarları onun ünvanına təhqir dolu təzahurat səsləndiriblər.

Qarşılaşdığı mənzərdən məyus olan Qarayev əsəbi halda qonaq tərəfdarlara reaksiya verib.

Ardınca tribunalara yaxınlaşan futbolçu "Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın" - deyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Özəl görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti