"Neftçi" Sadıqova "65" verdi

2 Aprel 2024 02:30 Neftçi 664
"Neftçi" Sadıqova "65" verdi

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Vaqif Sadıqovu 65 illik yubileyi münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Sadıqov 1980-1987-ci və 1989-cu illər ərzində “Neftçi”nin heyətində 126 oyunda meydana çıxıb.

1993-1995, 2009-2010-cu illərdə komandanı çalışdırmış təcrübəli mütəxəssis 1995-ci ildə baş məşqçi kimi “ağ-qaralar”a Azərbaycan Kubokunu və Superkubokunu qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti