"Neftçi" ilə bağlı xəbər - "Spartak"ın baş direktoru AÇIQLADI

1 Aprel 2024 00:30 Neftçi 1 212
"Neftçi" ilə bağlı xəbər - "Spartak"ın baş direktoru AÇIQLADI

"Spartak" "Neftçi" ilə daha bir yoldaşlıq görüşü keçiriəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Spartak"ın baş direktoru Oleq Malışev klubun "Neftçi" yoldaşlıq oyunu keçirmək niyyətində olduğunu deyib:

"Çalışacağıq ki, gələcəkdə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil edək. Nə vaxt olacağı bəlli deyil, amma əlaqədəyik".

"Spartak" və "Neftçi" 2023-cü il iyulun 18-də Moskvada yoldaşlıq oyunu keçirib. Matç Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında martın 23-də baş tutmalı olan oyun 1 gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti