“Neftçi”nin futbolçusunu bölgədə “soyundurdular” - VİDEO

30 Mart 2024 20:20 Neftçi 2 857
“Neftçi”nin futbolçusunu bölgədə “soyundurdular” - VİDEO

Azərbaycan millisinə dəvət almayan Qara Qarayev “Neftçi”nin sonuncu matçında da yer almadı.

“Qəbələ”ylə görüşdə 31 yaşlı yarımmüdafiəçinin adı sifariş ərizəsinə salınsa da, Miodraq Bojoviç ona nə əsas heyətdə güvəndi, nə də oyunun gedişində şans verdi.

Buna baxmayaraq, matç başa çatandan sonra azarkeşlərin sevgisini gördü.

Qarayev paltardəyişmə otağına yollananda azyaşlı azarkeş valideyni vasitəsi ilə ondan formasını istədi. Lakin həmin vaxt futbolka Qaranın əynində deyildi.

Vəziyyətin çıxılmaz olduğunu görən fanat sabiq “Qarabağ”lıdan bu dəfə maykasını xahiş etdi.

Zərif cinsin nümayəndələri qarşısında çətin durumla üzləşən “2 nömrə” xahişdən imtina edə bilməyib maykasını da soyununca, yarıçılpaq vəziyyətdə paltardəyişmə otağına tələsdi.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti