"Neftçi"də üç aydan artıqdır havayı maaş alır

30 Mart 2024 11:40 Neftçi 2 638
"Neftçi"də üç aydan artıqdır havayı maaş alır

«Neftçi»də yaxşı futbolçular var. Və onların sayı heç də az deyil.

Başda Kilian Lebon olmaqla, bir neçə nəfərin adını çəkə bilərəm.

Yararsızlar yoxmu, o da var.

Ötən ilin yayında düzgün transfer siyasəti aparılsaydı, «Neftçi» çempionluq uğrunda mübarizənin ritmini son turlara kimi saxlayardı. Onda da nə bu qədər problem yaranardı, nə də başqa bir şey.

Lebon Qəbələdə gözəl qol vurdu. Fransalı fərdi bacarağının hesabına adını tabloya yazdırdı. Amma «Neftçi» komanda olaraq dağlar qoynunda əlahiddə bir iş görmədi.

3 xalın istisinə qızınmasınlar. Yaxşı ki, akademiya işləyir və buradan Rza Cəfərov kimi istedadlı gənclər yetişir.

İvan Brkiçi saxlamaq yersiz olar ta bundan sonra. Cəfərov əsl tapıntıdır, göydəndüşmə biridir.

Çiçəyi burnunda olan Rzanın ikinci hissədə etdiyi qurtarışlar «Neftçi»yə qələbə qazandırdı.

Miodraq Bojoviç? 90 dəqiqə boyunca harada idi, neyləyirdi, bilə bilmədim, görmədim.

Yalnız mətbuat konfransında üzə çıxdı, bir neçə cümləlik rəy verdi.

Onun nə söyləməsi mənə maraqlı deyil. Mənim gördüyüm «Neftçi» bəsit oynayır, ümid yaratmır.

Bojoviç üç aydan artıqdır havayı maaş alır. Nə yeyir, nə içir, hər gün nə məşq keçir bu adam, eh…

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti