“Neftçi”nin yeni patronu zavod direktoru olacaq? - SON DƏQİQƏ

29 Mart 22:40 Neftçi 4 410
“Neftçi”nin yeni patronu zavod direktoru olacaq? - SON DƏQİQƏ

Rövşən Nəcəfi «Neftçi»nin Müşahidə Şurasının sədri postunda kimin əvəzləyəcəyi dəqiqləşib.

Bu vəzifə Xəyal Cəfərova tapşırılacaq.

Maraqlıdır ki, sözügedən şəxs "Sumqayıt" tərəfindən AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizəd göstərilib. Amma bu, sözügedən şəxsin «kimyaçılar»la bağlanıtılı olması demək deyil.

Bilindiyi kimi, R,Nəcəf bundan sonra fəaliyyətini AFFA-da davam etdirəcək. O, aprelin 2-də federasiyada keçiriləcək prezident seçkilərinə qatılan yeganə namizəddir.

Nəcəfin namizədliyi «Neftçi» tərəfindən verilib. Federasiyanın nizamnaməsi bir klub tərəfindən iki namizədin irəli sürülməsinə icazə vermədiyindən, «Sumqayıt» X.Cəfərovun önündə «yaşıl işıq» yandırıb.

Redaksiyamıza verilən informasiyaya görə, «ağ-qaralar» indən belə SOCAR-ın nəzdindəki Bakı Neft Emalı Zavodunun (NEZ) himayəsi altında olacaq. «Neftçi»nin büdcəsi əsasən zavoddan ayrılan vəsaitlə formalaşdırılacaq.

NEZ «Neftçi»yə yaxşı tanışdır. Sözügedən müəssisə 2002-2008-ci illər aralağında da bu kluba sponsorluq edib.

Xəyal Cəfərov Bakı Neft Emalı Zavodunun direktorudur. O, ötən ilin iyununda NEZ-in rəhbəri təyin olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"