Bu gün "Neftçi"nin göstərdiyi futboldan razı qalmaq mümkün deyil.
Komandanın ən optimist azarkeşini də dindirsən eyni fikirdə olacaq.
Çünki meydanda Bojoviçin hansısa dəst-xətti hiss olunmur.
Hansısa məzmunlu oyundan söhbət gedə bilməz.
Amma nəticə var.
Bu gün "Qarabağ"la müqayisə olunmağı, rəqabət aparmağı heç bir klubumuz ağlının ucundan da keçirmir.
Ağdam təmsilçisin qoyduq bir kənara.
Digər 8 Premyer Liqa iştirakçısı ilə müqayisədə "Neftçi" hələki liderdir.
Böyük ehtimal sona kimi də belə olacaq.
Bəs oyun yoxdursa, bu nəticə hardandır?
Keyfiyyətdə.
"Neftçi" bu gün turnir cədvəlindəki yerinə görə, Cəfərovun çıxarışlarına və Kilan Lebon, Filip Ozobiç, Yuri Matias kimi futbolçuların fərdi ustalığına borcludur.
Sırf adı çəkilən və ya çəkilməyən bir neçə futbolçunun şəxsi keyfiyyəti hesabına vurulan qollar "ağ qaralar"ın məğlubiyyətlərdən xilas edir.
Təbii ki, bunda daha aşğı büdcə ilə, keyfiyyəti az olan futbolçulardan yığılan rəqiblərin rolu da böyükdür.
Daha belədirsə, əcnəbi mütəxəssis nəyə lazımdır?
Bu nəticələri köməkçi məşqçi Sənan Qurbanov da gözüyümlu verə bilər.
Bəlkə, Bojoviçdən də baxımlı, sistemli futbolla.
XANOĞLAN İMANOV

