"Neftçi"nin yeni himayədarı məlum oldu - SON DƏQİQƏ

28 Mart 11:40 Neftçi 4 844
"Neftçi"nin yeni himayədarı məlum oldu - SON DƏQİQƏ

Bilindiyi kimi, «Neftçi»nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf bundan sonra fəaliyyətini AFFA-da davam etdirəcək.

O, aprelin 2-də federasiyada keçiriləcək prezident seçkilərinə qatılan yeganə namizəddir.

İki ildən artıqdır SOCAR-da da eyni vəzifəni tutan R.Nəcəfin AFFA-ya gedişi ilə paytaxt klubuna nəzarət kimə keçəcək?

Saytımıza bununla bağlı maraqlı məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, «ağ-qaralar» SOCAR-ın nəzdindəki Bakı Neft Emalı Zavodunun himayəsi altında olacaq. «Neftçi»nin büdcəsi əsasən zavoddan ayrılan vəsaitlə formalaşdırılacaq.

Bakı Neft Emalı Zavodu «Neftçi»yə yaxşı tanışdır. Sözügedən müəssisə 2002-2008-ci illər aralağında da bu kluba sponsorluq edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"