"Qarabağ"a uduzan klub "Neftçi"də 3 qol vuran hücumçunu sıralarına qatdı - FOTOLAR

28 Mart 00:30 Neftçi 3 496
"Qarabağ"a uduzan klub "Neftçi"də 3 qol vuran hücumçunu sıralarına qatdı - FOTOLAR

"Neftçi"dən ayrıldıqdan sonra klubsuz qalmış Aaron Olanare özünə yeni iş yeri tapıb.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində effektsiz performansına görə tənqid edilən nigeriyalı hücumçu tanınmış kluba keçib.

29 yaşlı hücumçu "Molde"yə (Norveç) keçib. Amma hələ ki, müqavilənin detalları ilə bağlı məlumat verilməyib.

"Molde" bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer almışdı. Azərbaycan çempionu rəqibi ilə səfərdə 2:2 oynamış, evdə isə rəqibini 1:0 məğlub etmişdi.

A.Olanare mövsümün əvvəlindən paytaxt təmsilçisində çıxış edirdi. Neftçi"nin heyətində 15 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"