Türkiyə klubu 250 min dollar təklif edir – "Neftçi"dəki milli oyunçuya

27 Mart 13:00 Neftçi 5 331
Türkiyə klubu 250 min dollar təklif edir – "Neftçi"dəki milli oyunçuya

«Boluspor»un Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilova təklif etdiyi müqavilə şərtləri məlum olub.

Türkiyənin I Liqa təmsilçisi 2022-ci ildən «Neftçi»nin formasını geyinən orta sahə oyunçusu ilə yayda 2 illik müqavilə imzalamaq niyyətindədir.

«Ağ-qaralar»la sözləşməsi iyunda bitəcək İsrafilov qardaş ölkədə çıxış etməyə razılaşarsa, ilk sezonunda 250 min dollar qazanacaq. İkinci ildə isə bu məbləğ 50 min dollar artırılacaq.

Maraqlıdır ki, Eddi «Neftçi»nin yeni müqavilə təklifini qəbul etməyib. İllik ödənişinin artırılmasını istəyib, 350-400 min dollardan dəm vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!