"Neftçi"də hər ayına 40 min dollar alan legioner indi heç kimə lazım deyil

26 Mart 22:20 Neftçi 6 301
"Neftçi"də hər ayına 40 min dollar alan legioner indi heç kimə lazım deyil

"Neftçi" ötən yay heyətini çox sayda əcnəbi futbolçu ilə genişləndirdi.

Futbol ictimaiyyətinə bəh-bəhlə təqdim edilən yenilər arasında bir də Aaron Olanare adlı birisi vardı.

Nigeriyalı forvard bura gələnə kimi Norveç, Rusiya, İsrail, Çin və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşamışdı.

Adıçəkilən ölkələrdə nə qədər qazandığını deyə bilmərəm, amma Azərbaycanda olduğu hər ayına görə 40 min dollar pul alırdı.

Premyer Liqanın əksər klubları bir çox futbolçusunun ilinə bu qədər pulu verir.

Amma "Neftçi"...

29 yaşlı forvard bu qədər pulun qarşılığında komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldı.

"Neftçi" başbilənləri bilmirdi onun meydandakı bərbad çıxışına dözsün, yoxsa hər ay kartına köçürdükləri bir çemodan pula.

Axırda da onu yola salmağa qərar verdilər.

Beləcə Olanarenin "Neftçi"dəki "xoş məhəbbəti" 6 ayın sonunda başa çatdı.

Amma növbəti aylarının da pulunu almaq şərtilə.

İndi isə Nigeriyada lövbər salıb, həmin pullarla xan kefində yaşayır.

Başq yolu da yoxdur.

Çünki heç kimə lazım deyil.

Azalır 3 aydı Bakıdan ayrılıb, amma hələ də klubsuzdur.

Hətta o qədər bekardı ki, arada məhəllə uşaqları ilə futbol oynamağa da zaman tapır.

Baxın, "Neftçi"yə ayrılan milyonlar məhz belə adamların yolunda xərclənir.

Həm Olanare kimi lazımsız legionerlə varlanır, həm də onu bu kluba calayan işbaz menecerlər.

İtirən isə "Neftçi"dir. Pulu da da gedir, nüfuzu da.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"