Rövşən Nəcəf AFFA-ya gedir, “Neftçi”nin yeni rəhbəri kim olacaq?

24 Mart 14:00 Neftçi 2 093
Rövşən Nəcəf AFFA-ya gedir, “Neftçi”nin yeni rəhbəri kim olacaq?

AFFA-nın yeni prezidentinin adına aydınlıq gəlib.

Bu vəzifəyə SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf gətirilir.

AFFA-nın dünən rəsmi şəkildə açıqladığı siyahıda R.Nəcəfin qurumun rəhbəri vəzifəsinə yeganə namizəd olduğu qeyd edilib.

Onun namizədliyi Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən irəli sürülüb. AFFA-nın Hesabat-Seçki Konfransı aprelin 2-də keçiriləcək.

Beləliklə, R.Nəcəf AFFA tarixinin 4-cü prezidenti olacaq. Federasiyanın əvvəlki prezidenləri Fuad Musayev və Ramiz Mirzəyev olub.

2008-ci ildən bugünə qədər isə AFFA rəhbəri Rövnəq Abdullayevdir. R.Abdullayev budəfəki seçkidə namizəd olmayacağını açıqlayıb.

Rövşən Nəcəf aprelin 2-də, AFFA-da prezident seçkiləri keçiriləcəyi gün «Neftçi»dən ayrılacaq. Klubun Müşahidə Şurası bununla əlaqədar toplanacaq.

Yeni sədrin təyinatı uzun zaman almayacaq. Kənardan bura gələn olmayacaq. Nəcəfi əvəzləyəcək şəxs hazırkı şuranın üzvlərinin arasından seçiləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"