"Neftçi"nin qapıçısı: “Azərbaycan millisində oynamaqdan qürur duyuram”

24 Mart 00:50 Neftçi 311
"Neftçi"nin qapıçısı: “Azərbaycan millisində oynamaqdan qürur duyuram”

"Milli komandada ilk oyunumu keçirdiyim üçün qürur duyuram"

Sportinfo.az xəbər verir ki, bunu millinin qapıçısı Rza Cəfərov "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Monqolustan matçı barədə danışarkən deyib.

"Neftçi"nin "çərçivə qoruyucusu" millidəki ilk oyununu şərh edib:

"Həqiqətən maraqlı görüş alındı. Məşqçilərin etimadını növbəti matçlarda da doğrultmağa çalışacam.

Komandanın heyətində olan digər qapıçılar oyundan öncə mənə dəstək oldular. Qarşılaşmaya yaxşı köklənmişdik.

Rəqibin son dəqiqələrdə təzyiqi artsa da, bunu dəf etməyi bacardıq".

Qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə sona çatıb. Yığma növbəti matçını martın 25-də, saat 20:00-da Bolqarıstana qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"