“Spartak” Bakıya görün kimləri gətirmədi – 13 nəfər

23 Mart 16:05 Neftçi 3 797
“Spartak” Bakıya görün kimləri gətirmədi – 13 nəfər

Bu axşam “Neftçi” doğma azarkeşləri önündə Moskva “Spartak”ı ilə qarşılaşacaq.

Milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə yoldaşlıq görüşü keçirmək baxımından paytaxt təmsilçilərinin işinə yarayıb.

Rusiya təmsilçisinin baş məşqçisi Gilyermo Abaskal Bakıya 18 futbolçunun gətirilməsinə qərar verib ki, belədə əsas simalardan bəziləri Moskvada qalıb.

Klubun yaydığı məlumatda bildirilir ki, Rusiya millisinin sabiq üzvü Roman Zobnin, “Çelsi”ylə “Liverpul”un heyətindən xatırladığımız Viktor Mozes, həmçinin, Paraqvay millisinin futbolçusu Xesus Medina xüsusi məşq proqramı ilə çalışmaq üçün Azərbaycana gətirilməyib.

Mərkəz müdafiəçisi Aleksis Duarte ilə yarımmüdafiəçi Nail Umyarovun səfərə aparılmaması hər iki futbolçunu qorumaq məqsədi daşıyır.

Srcan Babiç (Serbiya), Oleq Ryabçuk (Moldova), Kristofer Martins (Lüksemburq), Manfred Uqalde (Kosta-Rika), Aleksandr Maksimenko, Danil Xluseviç, Danil Prutsev və Anton Zinkovski (hamısı Rusiya) milli komandaların sıralarında olduqları üçün “Neftçi”yə qarşı oynaya bilməyəcəklər.

Beləliklə, Rusiya nəhəngi bu oyunda əsas komandanın 13 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bu axşam “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Spartak” qarşılaşması saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!