SON DƏQİQƏ: "Neftçi" – "Spartak" matçı ləğv olundu

23 Mart 16:35 Neftçi 1 254
SON DƏQİQƏ: "Neftçi" – "Spartak" matçı ləğv olundu

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

Sportinfo.az xəbər verir ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

Bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.

Oyun üçün alınmış biletlər qaytarılacaq.

“Neftçi” PFK baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib.

"Neftçi" - "Spartak" matçı bu gün, saat 18:00-da "Neftçi Arena"da keçirilməliydi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"