Sabiq "Qarabağ"lının ümidinə qalan "Neftçi"də kim(lər) sevinir, kim(lər) üzülür?

23 Mart 22:05 Neftçi 2 432
Sabiq "Qarabağ"lının ümidinə qalan "Neftçi"də kim(lər) sevinir, kim(lər) üzülür?

Filip Ozobiç yayda "Qarabağ"ı "Neftçi"yə dəyişməsi "ağ qaralar"da birmənalı qarşılanmamışdı.

Milliləşdirilən yarımmüdafiəçinin yaşına əsasən onu bitmiş futbolçu adlandıranlar çoxluq təşkil edirdi.

Məntiqli yanaşmadır.

Amma Premyer Liqanın 27 turundan sonra "Neftçi" 2-ci pillədə yer almasına görə ona borculdur.

Xüsusilə üçüncü dövrədə onun nəticələrə qatqısı böyükdür. İlk iki dövrədə cəmi 1 qol, 2 asistlə yadda qalan 32 yaşlı xorvatiyalı son turlar sanki ikinci gəncliyini yaşayır.

O, üçüncü dövrənin 9 matçında aktivinə 5 qol, 2 asist yazdıra bilib.

Onun Tovuzdakı het-triki "Kəpəz"dən (3:3), asisti "Turan Tovuz"dan (1:1) bir xal almağa, "Zirə" ilə matçdakı qol ötürməsi isə qəsəbə təmsilçisini məğlub etməyə (1:0) əsaslı zəmin yaratmışdı.

Bu, onun parlaq statistikasıdır.

Elə meydançada göstərdiyi performansla da inkişafda olduğunu deyə bilərik. Əbəs deyil ki, Bojoviç son 6 qarşılaşmada ona əsas heyətdə yer ayırır.

Mövsümdə ilk dəfədir Filip bu seriyanı yaşayır.

Yaranmış mənzərə Ozobiç və dostlarını sevindirməyə bilməz. Axı belə gedişlə o, ölkəmizdəki ömrünü bir qədər də uzatmış olur. Gələcəyi üçün hələ bir az da ehtiyat valyuta toplamaq imkanları var.

Bəs "Neftçi" nəyə sevinsin?

Bu klubun azarkeşləri, rəhbərliyi "Qarabağ"a lazım olmayan 32 yaşlı xorvata möhtac qaldıqları üçünmü?

Yoxsa yayda "bitmiş" adlandırdıqları birinin əməyi nəticəsində avrokuboklar zonasında qaldıqları üçün?

Cavabını vicdanları bilər, biz də özləri.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!